İngiltərə Premyer Liqası yeni mövsüm ərəfəsində bir sıra yeni qaydalar tətbiq etməyə hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki,  DÇ-2022-də olduğu kimi hakimlər İngiltərədə matçlarda hissələrin sonuna daha çox dəqiqə əlavə edə bilər.
 
Hesabatda o da əlavə olunur ki, hakimlər texniki sahələrində mütəxəssislərin olması ilə bağlı məşqçilərə qarşı daha sərt olacaqlar.

Digər dəyişiklik ehtiyatdakı futbolçulara xəbərdarlıqlar edilməsi ilə bağlıdır.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsüm avqustun 11-i başlayacaq.