İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə start verilib.

İqtisadiyyat.az xəbər verir ki, "Çelsi" bu raundda "Midlsbro"nu mübarizədən kənarlaşdırıb. İlk matçda Çempionşip təmsilçisinə məğlub olan "zadəganlar" cavab oyununda darmadağınla qələbə qazanıb və finala yüksəlib.

Yarımfinalın digər görüşündə "Liverpul" "Fulhem"lə üz-üzə gələcək. Komandalar arasındakı ilk matçda "Liverpul" qələbə qazanıb - 2:1.

İngiltərə Liqa Kuboku

Yarımfinal mərhələsi

23 yanvar

Çelsi - Midlsbro 6:1

Qollar: C.Housen, 15 (avtoqol), E.Fernandes, 29, A.Disasi, 36, K.Palmer, 42, 77, N. Madueke, 81 - Rocers, 88

İlk oyun 0:1.