İngiltərə milli komandasının və "Arsenal" klubunun futbolçusu Bukayo Saka türk azarkeşlərin qəlbini fəth edib.

İqtisadiyyat.az xəbər verir ki, ingilis futbolçu Türkiyədə zəlzələdən zərər çəkən 26 ailəyə konteynerlər bağışlayaraq dəstək olub.

Mövzu ilə bağlı açıqlamasında futbolçu bunları söyləyib:

"Bir dam altında yaşayan insanlar şanslıdırlar. Zəlzələ insanların evlərini əlindən alıb. Bu insanlara kömək etmək vacibdir".

Bu xeyirxah əməldən sonra ingilis ulduz Türkiyədəki futbolsevərlərdən çoxlu təşəkkür mesajları alıb.