Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristin Laqard "Google", "Facebook" və "Amazon" kimi böyük texnologiya şirkətlərinin daha çox vergi ödəməli olması və bunun üçün qlobal şirkətlərin vergi öhdəliklərinin dəyişdirilməsi ilə bağlı fikirlərə dəstək verib.

İqtisadiyyat.az xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqtonda danışan Laqard hökumətlərin rəqəmsal şirkətlərin fəaliyyət göstərdiyi bir çox ölkələrdə az vergi ödəməsi ilə bağlı narahatlıqlara reaksiya verməli olduqlarını deyib.

IMF rəhbəri vergi tələbinin qlobal iqtisadiyyatda baş verən dəyişikliklərə uyğun olmaması səbəbindən sistemin yenidən nəzərdən keçirilməli olduğunu da əlavə edib.