Beyin çipi şirkəti Neuralink altı aydan sonra çipləri insanlar üzərində sınaqdan keçirməyə başlaya biləcək.

 İqtisadiyyat.az xəbər verir ki, bu barədə onun təsisçisi İlon Mask təqdimat zamanı bildirib.

Şirkətin qurucusunun sözlərinə görə, işçilər cihazı insan orqanizminə daxil etməzdən əvvəl onun düzgün işləyəcəyinə əmin olmalıdırlar:

"Düşünürəm ki, biz sənədlərimizin çoxunu ABŞ Qida və Dərman İdarəsinə göndərmişik və yəqin ki, təxminən altı aydan sonra Neuralink-i insana implantasiya edə biləcəyik".

Məhəbbət Məmmədov