Bəli, bir də ki, o bayrağı yandırana hər hansı bir cəza da verilmədi, heç bir şey edilmədi, heç bir söz də deyilmədi, əksinə, onu alqışlarla salamladılar.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib.

“İndi, bilirsiniz, bayraq yandırmaqla heç kim heç nə əldə etmir. 24 apreldə Azərbaycan və Türkiyə bayraqlarını Ermənistanın əsas meydanında yandırmışdılar. Amma bizim bayraqlarımıza onlar Ağrı dağda, mən dedim, Murov dağında, Şuşada yaxınlaşa bilərlərmi? Təbii ki, yox. Ona görə bu, onların acizliyini göstərir, gücsüzlüyünü göstərir”, - Prezident İlham Əliyev əlavə edib.