Beynəlxalq Enerji Agentliyinin (IEA) gələn il üçün neft tələbi ilə bağlı yüksək proqnozu fonunda neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin fevral müqaviləsində bir barelin qiyməti 40 sent bahalaşaraq 77,01 ABŞ dolları olub.

“WTI" markalı neftin yanvar müqaviləsində bir barelin dəyəri isə 40 sent artaraq 71,98 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova