Husilərin Qırmızı dənizdəki gəmilərə hücumları dəniz ticarətini pozub və şirkətlər gəmilərin marşrutunu dəyişməyə məcbur olub. Bu hadisələr isə neft qiymətlərinə təsir edib.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin fevral müqaviləsində bir barelin qiyməti 10 sent və ya 0,13% bahalaşaraq 78,05 ABŞ dolları olub.

“WTI" markalı neftin yanvar müqaviləsində bir barelin dəyəri isə 5 sent və ya 0,07% azalaraq 72,77 ABŞ dolları təşkil edib.

 

Gözəl Həşimova