"Morgan Stanley" maliyyə qurumu gələn il neft bazarında profisit olacağını gözləyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, hazırda xam neft bazarı gərgindir, lakin "Brent" markalı neftin qiyməti 70 dollara endiyi üçün gələn il çox güman ki, profisit yaranacaq. Qurum bildirib ki, OPEC və qeyri-OPEC ölkələrinin tədarükü gələn il gündəlik təxminən 2,5 milyon barel artacaq və tələb artımını xeyli üstələyəcək.

Qeyd edilib ki, neft emalı zavodlarının fəaliyyəti bu ilin avqustunda pik həddə çatacaq.

"Morgan Stanley" bu ilin üçüncü rübü üçün "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozunu isə dəyişməyərək 86 dollar səviyyəsində saxlayıb.

 

Gözəl Həşimova