Rusiya təmsilçisi Moskvanın "Spartak" klubunda çıxış edən Quinsi Promes əmisi oğlunu bıçaqladığı üçün 18 ay həbs cəzası alıb.

İqtisadiyyat.az xəbər verir ki, hollandiyalı futbolçu Quinsi Promes 2020-ci ildə "Ayaks"da oynayarkən əmisi oğlunu bıçaqladığı üçün 18 ay müddətinə həbs cəzasına məhkum edilib. Əvvəllər narkotik alverində və cinayət təşkilatına qoşulmaqda ittiham olunan 31 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 27 matçda 20 qol və 7 məhsuldar ötürmə ilə Moskva “Spartak”ının üçüncü yeri tutmasında mühüm rol oynayıb.