2023-cü il Ballon D'Or mərasimi üçün Parisdə "Theatre du Chatelet"də olan Rodri, bu il mükafata kimin layiq olduğunu düşünürsünüz? sualını cavablayıb: 

"Qızıl topa kim layiqdir? Məncə, Lionel Messi. Amma bu "Dediklərimi Holanna demə".

İqtisadiyyat.az xəbər verir ki, “Mançester Siti”nin ulduzlarından olan Rodri bu açıqlaması ilə komanda yoldaşı Holannı ən azı bu il “Qızıl top”a layiq görmədiyini açıq şəkildə göstərir.

"Şəhərlilər"in yarımmüdafiəçisi bu ilki mükafatın qalibi haqqında kifayət qədər aydın danışıb.

“İnter Mayami”nin ulduzu Argentinanın keçən il Qətərdə üçüncü Dünya Kuboku titulunu qazanmasında mühüm rol oynadı.