Avropa Liqasının 3-cü təsnifat mərhələsində Finlandiyanın HJK klubu ilə qarşılaşacaq “Qarabağ”ın cavab oyununun biletləri satışa çıxarılıb. Helsinkidə baş tutacaq qarşılaşmaya ən ucuz biletin qiyməti 20 avrodur.

İqtisadiyyat.az xəbər verir ki, uşaqlar “Bolt Arena”da baş tutacaq oyuna 5 avroya baxa biləcəklər. VİP biletin qiyməti isə 139 avroya bərabərdir.

“Qarabağ” tərəfdarları üçün stadionun qərb tribunası ayrılıb.

Qeyd edək ki, 17 avqustda “Bolt Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə 20:00-da başlayacaq. Tərəflər arasında ilk oyun isə ayın 10-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək