Hindistanda son sutkada 9 996 nəfər koronavirusa yoluxub.

Bu barədə Hindistan Səhiyyə və Ailə Rifahı Nazirliyinin məlumatlarında deyilir.

Son sutkada infeksiyadan 357 nəfər ölüb. Bununla da Hindistan üzrə yoluxanların sayı 286 579, pandeymiya qurbanlarının sayı isə 8 102 nəfərə yüksəlib.

Bildirilir ki, ölkədə 37 448 pasiyent xəstəxanada müalicə olunur. Koronavirusdan 141 029 pasiyent sağalıb.(Report)