Hindistanın cənubundakı Tamil Nadu ştatında 29 nəfərin saxta spirtli içkidən öldüyü bildirilib.

Bu barədə İqtisadiyyat.az "Press Trust of India"ya istinadən xəbər verir.

Məlumata görə, 29 nəfər saxta spirtli içkilər səbəbindən ölüb, 100-dən çox insan isə müxtəlif xəstəxanalarda müalicə olunub.

Rəsmilər ölənlərin sayının arta biləcəyini və bölgəyə təcili yardım maşınlarının göndərildiyini bildiriblər.

 

Gözəl Həşimova