Hindistan və Fransa müxtəlif silahların birgə istehsalına dair yol xəritəsi hazırlamağı planlaşdırırlar.

İqtisadiyyat.az "Times of India"ya istinadən xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modinin Parisə səfəri zamanı müqavilə imzalanacağı gözlənilir.

Məlumata görə, söhbət daşıyıcı əsaslı qırıcılardan və dizel-elektrik sualtı qayıqlardan gedir. Bildirilib ki, Fransa ilə silah istehsalı üzrə yol xəritəsi Hindistana "Make in India" proqramının bir hissəsi olaraq fransız texnologiyalarından istifadə edərək öz müəssisələrində silah istehsalını genişləndirməyə imkan verəcək.