Azərbaycanlı cüdoçu Hidayət Heydərov (73 kq) Bakıda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.

İqtisadiyyat.az xəbər verir, o, finalda moldovalı Pyotr Pelivanı "ippon"la məğlub edib.

Azərbaycan təmsilçisi 5-ci dəfə Böyük Dəbilqənin çempionu adına layiq görülüb.