"Liverpul"un futbolçusu Cordan Henderson karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Əl İttifaq"la razılaşıb. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Henderson artıq Səudiyyə Ərəbistanı klubu üçün tibbi müayinədən keçib. Sənədləşmə prosesi başa çatdıqdan sonra tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

"Əl İttifaq"ı "Liverpul"un sabiq baş məşqçisi Stiven Cerrard çalışdırır.