Kahramanmaraş mərkəzli zəlzələ nəticəsində Hatayda  dağıntılar altında qalan "Hatayspor"un idman direktoru Taner Savut həyatını itirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə sabiq futbolçu Gökhan Zan və "Adana Demirspor" məlumat paylaşıb.

Qeyd edək ki, həmin binanın dağıntıları altından "Hatayspor"un futbolçusu Kristian Atsunun da cəsədi çıxarılmışdı.