Hans-Diter Flik Almaniya millisi tarixində istefaya göndərilən ilk baş məşqçi olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Sky" nəşri məlumat yayıb. Flikdən əvvəlki mütəxəssislər hər biri öz istəyi ilə komandanı tərk edib.

Flik 2021-ci ilin avqustundan yığmanı çalışdırırdı. Almaniya onun rəhbərliyi ilə 25 oyunda cəmi 12 qələbə qazanıb.