Türkiyə xarici işlər naziri Hakan Fidan Krım Tatar Türklərinin lideri və Ukraynanın millət vəkili Mustafa Kırımoğlunu qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabından verilən açıqlamada bildirilib. 

Məlumatda Hakan Fidanın İstanbulda Krım Tatar Türklərinin lideri, Ukrayna millət vəkili Mustafa Kırımoğlu ilə görüşdüyü bildirilib. Görüşün təfərrüatları barədə əlavə məlumat verilməyib.