Gürcüstanda son sutkada koronavirusa 15yeni yoluxma halı təsdiqlənib, 20 pasiyent sağalıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 385-ə, sağalanların sayı isə 1 128-ə çatıb. Xəstəlikdən 17 nəfər dünyasını dəyişib. 232aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Hazırda Gürcüstan üzrə karantin zonalarında 6 903, tibbi nəzarətdə isə 278 nəfər saxlanılır.report