Gürcüstanda son sutkada koronavirusa 11yeni yoluxma faktı müəyyən edilib, 40 pasiyent sağalıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 447 nəfərə, sağalanların sayı isə 1 190-a çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib, 230 aktiv xəstənin müalicəsi davam etdirilir.

Hazırda Gürcüstan üzrə 6 010 nəfər karantində, 236 nəfər isə stasionar nəzarətdə saxlanılır.report