Gürcüstanın bu ilin iyun ayında turizmdən gəliri illik müqayisədə 16% artaraq 350 milyon ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadiyyat.az "Busıness Insıder Georgıa"ya istinadən xəbər verir.

Ümumilikdə, bu ilin birinci yarısında ölkənin turizm gəlirləri ötən ilin eyni dövrünə nisbətən 48,8% artaraq 1,7 milyard ABŞ dolları olub.

Əlavə edək ki, bu ilin may ayında Gürcüstanın turizm gəlirləri 17,6% artaraq 304 milyon ABŞ dolları təşkil edib.