"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan komandasının Çempionlar Liqasını qazanmaq şansları haqda danışıb.

İqtisadiyyat.az xəbər verir ki, türk əsilli futbolçu Çempionlar Liqasını qazana biləcəklərini vurğulayıb.

 “Biz çox yaxşı futbol oynaya və dünyanın ən yaxşıları ilə rəqabət aparacaq gücdəyik. Əgər əldə etmək istədiyimiz nəticələri düşünmədən oyundan oyuna ardıcıl çıxış etsək uzağa getmək istəyirik. Düşünürəm ki, bizim heç olmasa uzağa getmək üçün potensialımız var. Biz Çempionlar Liqasının finalına yüksələ və hətta qalib gələ bilərik"