Misirin Qahirə şəhərində "Pharaoh's Cup" beynəlxalq turniri keçirilib.

İqtisadiyyat.az-ın məlumatına görə, beynəlxalq turnirdə aerobika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri böyüklər arasında Vladimir Dolmatov və Mədinə Mustafayeva (qarışıq cütlük), Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva (üçlük proqramı), yeniyetmələr arasında Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova (üçlük proqramı) qızıl medala layiq görülüblər.