Gent"in baş məşqçisi Heyn Vanhazebruk Konfrans Liqasının 1/8 final mərhələsində Türkiyə "Başakşəhər"inə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, belçikalı mütəxəssis pley-off mərhələsində mübarizədən kənarlaşdırdıqları "Qarabağ"dan da söz açıb:

"Başakşəhər" bu sezon oynayacağımız ən yaxşı komanda ola bilər, amma "Qarabağ"ı da qiymətləndirmək lazımdır. Onlar Çempionlar Liqasında üç ölkə çempionunu keçmişdilər. Avropa Liqasında da uğurlu mübarizə apardılar və ikinci yerə layiq idilər. "Qarabağ"ı keçmisənsə, fəxr etməlisən".

Bu gün keçiriləcək "Gent" - "Başakşəhər" oyunu saat 00:00-da başlayacaq.

Belçika təmsilçisi pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırıb