Aparılan monitorinqlərdə 38 nömrəli hərbi şəhərciyində müvafiq icazəverici sənədləri olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

İqtisadiyyat.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiyanın,  FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Tikinti işləri tərəfindən şəhər ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Qurumların nümayəndələri tərəfindən edilən xəbərdarlıqlar nəticəsiz qaldığı üçün müvafiq qərar qəbul edilib və qanunsuz tikinti işləri dayandırılaraq söküntüsü təmin edilib.

Qeyd edək ki, şəhər ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.