Əməkdar məşqçi Mehdi Salmanov vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.

Qeyd edək ki, M.Salmanov "Göyəzən" komandasının təsisçisi, sonralar baş məşqçisi olub. O, bir müddət Qərb Regional Futbol Federasiyasının prezidenti kürsüsündə əyləşib.

Allah rəhmət eləsin!