Türkiyənin Hatay vilayətində iki güclü zəlzələ nəticəsində dağıntılar və insan itkisi ilə bağlı dəqiqləşdirmələr aparılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

"Hatayda baş verən zəlzələlərlə bağlı araşdırmalarımız davam edir. Bölgədəki vətəndaşlarımızdan xarab olan binalardan uzaq durmaları və qruplarımızın xəbərdarlıqlarına həssaslıqla əməl etmələri xahiş olunur", - F.Oktay deyib.

AFAD da vətəndaşları dəniz səviyyəsinin 50 santimetrə qədər qalxma riskinə qarşı sahil zolağından uzaq durmağa çağırıb.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.