Fransanın daxili işlər naziri Jerald Darmanin "Əl İttihad"da çıxış edən Kərim Benzemanı ittiham edib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı "Marca" nəşri məlumat yayıb.

Nazir fransalı forvardın "Müsəlman qardaşları" terror təşkilatı ilə əlaqəsinin olduğunu ittiham edib. 

Benzema daha öncə İsrail - Fələstin münaqişəsində fələstinlilərə dəstək nümayiş etdirib.