Azərbaycanın Fransa ilə ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 469 milyon 563 min dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə və ya 269 milyon dollar çoxdur

Hesabat dövründə ölkədən Fransaya ixrac 127,6 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 2,6 dəfə çoxdur.  Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 341,9 milyon dollar olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

 

Gözəl Həşimova