Fransa Liqa 1 təmsilçisi "Reyms"in ingilis futbolçusu Folarin Balogun İtaliya klublarının transfer siyahısına düşüb.

İqtisadiyyat.az xəbər verir ki, İngiltərə U-21 millisinin də şərəfini qoruyan Folarin Balogunu İtaliyanın "Napoli", "İnter", "Latsio" və "Milan" klubları transfer etmək istəyir.

Qeyd edək ki, futbolçu bu mövsüm Fransa Liqa 1-də 15 qol vurub, 1 assist etməyi bacarıb.