Azərbaycan Minifutbol Federasiyasının (AMF) dəstəyi ilə may ayının 1-dən 6-dək Bakıda beynəlxalq turnir keçiriləcək.

İqtisadiyyat.azfederasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir may ayının 1-də start götürəcək.

Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri iştirak edəcək.

Yarışın qalibi may ayının 6-da müəyyənləşəcək.

Qeyd edək ki, oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər.

Qeyd edək ki, oyunlar Bakı Tennis Akademiyasında keçiriləcək.