“Fitch” beynəlxalq reytinq agentliyi Qazaxıstanın suveren kredit reytinqini “BBB” səviyyəsində təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Agentlik ölkənin proqnozunu “stabil” olaraq qeyd edib.

Məlumata görə, idxalın mülayim artımı, neft hasilatı və ixracın artması fonunda respublikanın valyuta ehtiyatlarının daha da güclənəcəyi, eləcə də cari əməliyyatlar hesabının kəsirinin azalacağı proqnozlaşdırılır.

 

Gözəl Həşimova