FIFA 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatına futbolçu yollayan klublara ödəniş edib.

İqtisadiyyat.az xəbər verir ki, oyunçularının mundialdakı çıxışından ən çox gəlir əldə edən "Mançester Siti" olub. "Şəhərlilər" təxminən 4,59 milyon dollar qazanıb.

İkinci sırada 4,53 milyon dollarla "Barselona", üçüncüdə isə 4,3-lə "Bavariya" yer alıb.