Ötən mövsümü "Kəpəz" klubunda keçirən Fərid Nəbiyevin "Turan Tovuz" klubu ilə müqavilə bağlaması xəbərinə aydınlıq gəlib.

İqtisadiyyat.az-a açıqlamasında "Turan Tovuz" klubununun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev futbolçunun maraq dairələrində olduğunu bildirib.

"Maraq dairəmizdə olan futbolçudur, amma hələ ki, heç kimlə rəsmi müqavilə bağlanmayıb. Rəsmi xəbərlər olduqca ictimaiyyətlə paylaşacağıq"

Qeyd edək ki, Fərid Nəbiyev "Kəpəz"in heyətində 33 oyun keçiri. 5 qol vuran futbolçu 7 assist etməyi bacarıb.