Türkiyə Super Liqası təmsilçisi "Fənərbaxça" Rusiyanın "Zenit" klubu ilə qarşılaşacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya təmsilçisinin baş direktoru "Rio Novosti"yə məlumat verib.

Martın 23-ü İstanbulda baş tutacaq matç xeyriyyə məqsədi daşıyır. Belə ki, bu matçın bilet satışından gələn gəlir zəlzələdən zərərçəkənlərə yardıma yönələcək.