"Fənərbağça"nın unudulmaz futbolçularından olan baş məşqçi Ümit Özat mövsümün əvvəlində çox qalmaqallı iddia ilə çıxış edərək, o vaxt "Qalatasaray"ın yeni transfer etdiyi argentinalı ulduz İkardi ilə bağlı söz vermişdi.

İqtisadiyyat.az xəbər verir ki, həmin vaxt Ümit Özat argentinalı hücumçu haqda “Mauro İkardi 20 qol vursun, vallah saçlarımı qırmızı rəngə boyayacam” demişdi.

 "Qalatasaray"ın çempionluğunu elan etdiyi "Ankaragücü" matçında Mauro İkardi daha 2 qol vuraraq qol sayını 21-ə çatdırıb. Həmin matçdan sonra sosial mediada Ümit Özatın sözləri yenidən gündəm olub.

Dünən axşam Ümit Özat sosial şəbəkədəki paylaşımı ilə saçlarını qırmızıya boyadı və sözünün üstündə durdu.