"Fənərbağça”nın sabiq baş məşqçisi Jorje Jezuş “Əl-Hilal” klubunun baş məşqçisi olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb. Əməkdaşlığın təfərrüatları açıqlanmır.

Portuqaliyalı mütəxəssis məşqçilik karyerası ərzində “Benfika”, “Sportinq”, “Braqa” və “Flamenqo” kimi komandalarda çalışıb. 68 yaşlı məşqçi artıq 2018/2019 mövsümündə “Əl-Hilal”a rəhbərlik edib. Daha sonra onun rəhbərlik etdiyi Ər-Riyad komandası Səudiyyə Ərəbistanı Superkubokunu qazana bilib.

Jezuş ötən mövsüm çalışdığı “Fənərbağça”ya Türkiyə kubokunu qazandırıb.