"Fənərbağça" 1-15 iyulda Rusiyada keçiriləcək yoldaşlıq turnirində iştirak edəcək. "Bülbüllər" burada yerli "Zenit", Azərbaycanın "Neftçi" və Serbiyanın "Srvena Zvezda" klubları ilə qarşılaşacaq.

İqtisadiyyat.az xəbər verir ki, "Fənərbağça"nın bir sıra legioneri sözügedən turnirdə iştirak etmək istəmir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xüsusilə, yeni transfer Edin Dzeko Rusiyaya yollanmaq niyyətində deyil. Buna səbəb Rusiyanın Ukraynaya hərbi müdaxiləsidir.

"Neftçi" turnirdə iyulun 15-də "Fənərbağça" ilə üz-üzə gələcək.