"Fənərbaxça”nın baş məşqçisi Jorje Jezus İstanbul təmsilçisindən ayrılıb.

İqtisadiyyat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə özü məlumat verib.

O, ötən gecə Türkiyə kubokunun “Başakşəhər”lə final oyunundan (2:0) sonra komandadan getdiyini bəyan edib.

Jezus “Fənərbaxça”nı mövsümün əvvəlindən çalışdırırdı. O, bu komandaya 9 il sonra titul qazandırsa da, müddəti bitən müqaviləsini yeniləmək istəməyib və azad agent kimi ayrılıb.

“Fənərbaxça” portuqaliyalı çalışdırıcısının rəhbərliyi altında Super Liqada da 80 xalla ikinci yeri tutmuşdu.