"Fənərbaxça"dan ayrılan Joao Pedro Braziliyada oynayacaq.

İqtisadiyyat.az "A Bola"ya istinadən xəbər verir ki, o, "Qremo" ilə anlaşıb.

31 yaşlı futbolçu bu gün ictimaiyyətə təqdim olunacaq.

İtaliya millisinin də şərəfini qorumuş Pedro ötən mövsüm "Fənərbaxça"nın heyətində Super Liqada 20 matçda 4 qol vurub.