"Fənərbağça"dan ayrılan Jorje Jesusun yeni iş yeri məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanı yığmasına baş məşqçi təyin olunacaq. Bu barədə "Record" nəşri məlumat yayıb.

Jesus milli ilə 3 illik müqavilə imzalayacaq. O, ümumilikdə 30 milyon avro maaş alacaq.

Mütəxəssis "Fənərbağça" ilə ötən mövsüm Türkiyə Kubokunu qazanıb.