Türkiyə Super Liqası təmsilçisi "Fənərbağça" heyətinə yeni futbolçu cəlb edib.

İqtisadiyyat.az xəbər verir ki, İstanbul təmsilçisi "Dinamo Zaqreb" klununun xorvatiyalı qapıçısı Dominik Livakoviç ilə 5 illik müqavilə imzalayıb.

Xorvatiya millisinin qapıçısı üçün qarşı tərəfə 6,6 milyon avro və bonus olaraq 950 min avro ödəyib.