Türkiyə Super Liqası təmsilçisi "Fənərbağça" yeni idman direktorunu açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, "sarı-lacivertli" klub 47 yaşlı futbol mütəxəssisi Mario Brankonu idman direktoru vəsifəsinə gətirib.

Karyerasına Pontevedrada skaut kimi başlayan 46 yaşlı portuqaliyalı eyni vəzifədə "Visla Krakov", "Zaqlebi Lubin" və "Styaua Buxarest"də davam edib. Branko 2009-cu ildə "Leixoes" ilə idman direktoru vəzifəsinə başlayıb.