Türkiyə Super Liqası komandası "Fənərbağça" klubu tarixinin ən bahalı transferini reallaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın "Marsel" klubundan Türkiyə millisinin də üzvü olan Çengiz Ünderi transfer edib.

"Sarı-Lacivertli" klub bu transfer üçün qarşı tərəfə 15 milyon avro ödəyib. 

Qeyd edək ki, bu transferə qədər "Fənərbağça" klubunun transfer etdiyi ən bahalı futbolçu 14 milyon avro ilə Daniel Quiza idi.