Hücum xəttini gücləndirmək istəyən "Fənərbağça" italyan ulduz üçün çalışmalara başlayıb.

Jorje Jesusla yollarını ayırdıqdan sonra yeni baş məşqçi ilə anlaşa bilməməsinə baxmayaraq, Vinçenzo Montello ilə razılıq əldə etməyə yaxın olan "Fənərbağça" üçün daha bir transfer iddiası İtaliyadan gəlib

İqtisadiyyat.az italyan qəzeti "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, “sarı-lacivertli” klub “Bolonya”dan Rikkardo Orsolini ilə maraqlanır.

Xəbərə görə, "Fənərbağça" rəhbərliyi müqaviləsinin son ilinə qədəm qoyan Orsolini üçün İtaliya komandasına 9 milyon avro təklif etdiyi halda, "Bolonya"nın bu futbolçu üçün gözləntisi 15 milyon avrodur. "Bolonya" forması ilə bu mövsüm liqada 32 matçda 11 qol vuran və komanda yoldaşlarına 4 qol ötürməsi verən Orsolinini 2024-cü ilin yayında pulsuz buraxmaq istəməyən "Bolonya"nın bu yay futbolçunu satacağı gözlənilir.

İtaliya millisində də çıxış edən Orsolini üçün son vaxtlar adı “Bolonya” ilə hallanan Dieqo Rossi ilə dəyişdirilməsi kimi təklif də mümkündür.

2018-2019-cu il mövsümündən "Bolonya"da çıxış edən 26 yaşlı futbolçu A Seriyasında çıxış etdiyi 6 mövsümdə 183 oyuna çıxıb və bu matçlarda 40 qol vurmağı bacarıb.