2023-24 mövsümünün hazırlıqlarına başlayan "Fənərbağça" Rayan Kentin transferini başa vurduğunu açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Rayan Kent gələn mövsümdən "sarı-lacivərtli" formanı geyinəcək.

Futbolçu Türkiyəyə transfer olması ilə bağlı bunları söyləyib:

"Fənərbağça"ya transfer olunduğum üçün çox qürur duyuram. Yeni mövsümdən  "Fənərbağça"nın hədəflərinə çatması üçün əlimdən gələni edəcəyəm. İlk hədəfimiz gələn ay Superkuboku qazanmaq olacaq".