"Fənərbağça"nın futbolçusu Atilla Salai karyerasını Almaniyada davam etdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, macarıstanlı müdafiəçi "Yunion"la razılaşıb. Bu barədə "Kicker" nəşri məlumat yayıb. Berlin təmsilçisi "Fənərbağça" ilə Salainin transferi üçün 14 milyon avro qarşılığında razılaşıb.

25 yaşlı müdafiəçi Macarıstan yığmasının da üzvüdür.