Türkiyə Super Liqasında növbəti mövsüm çempion olmağı hədəfləyən "Fənərbağça" transfer çalışmalarını sürətləndirib.

İqtisadiyyat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, əvvəlcə Rayan Kentin, daha sonra isə Edin Cekonun transferlərini açıqlayan İstanbul klubu daha bir transferi reallaşdırmağa hazırlaşır.

 "Fənərbağça"nın növbəti hədəfinin "Aston Villa"nın braziliyalı yarımmüdafiəçisi Filipp Koutinyo olduğu qeyd edilib.

31 yaşlı futbolçunun Unai Emerinin növbəti mövsüm planları arasında yer almadığı və komandadan ayrılacağı bildirilib.

 Karyerasının son mərhələlərində tez-tez zədələr alan Koutinyo mövsümün son hissəsində oynaya bilməyib. Braziliyalı ulduz 22 matçda cəmi 1 qol vurub.

 Filippe Koutinyo karyerasında əvvəllər “İnter”, “Liverpul” və “Barselona”da çıxış edib.